Ümummilli Lider Heydər Əliyevin
100 illik yubileyi ilə əlaqədar keçirilən
ağacəkmə aksiyaları barədə
MƏLUMATLAR

Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Bu təşəbbüsün bir parçası ol!
Ağac ək və təbiətə töhfə ver.

Töhfə ver →

Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar tədbirlər

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 noyabr 2022-ci il

                 № 3623

 

Azərbaycan Respublikası Prezidentinin

2022-ci il 28 noyabr tarixli 3623 nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli”  elan edilməsi ilə bağlı

 

TƏDBİRLƏR PLANI

 

Sıra

№-si

Tədbirin adı

İcra müddəti

İcraçı orqanlar (qurumlar)

1.

“Heydər Əliyev İli” ilə bağlı yerli və beynəlxalq əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masa və seminarların keçirilməsi

2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Xarici İşlər Nazirliyi,

İqtisadiyyat Nazirliyi,

Elm və Təhsil Nazirliyi,

Gənclər və İdman Nazirliyi,

Mədəniyyət Nazirliyi,

Azərbaycan Milli Elmlər Akademiyası,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,

Diasporla İş üzrə Dövlət Komitəsi,

Heydər Əliyev Mərkəzi

2.

Yerli və xarici mediada Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən veriliş, sənədli film və videoçarxların nümayiş etdirilməsi, müsahibə və məqalələrin dərc edilməsi

2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Xarici İşlər Nazirliyi,

Diasporla İş üzrə Dövlət Komitəsi,

Medianın İnkişafı Agentliyi,

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC),

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti,

Heydər Əliyev Mərkəzi

3.

Azərbaycan Respublikasının şəhər və rayonlarında elm və mədəniyyət xadimlərinin, tanınmış ziyalıların iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər keçirilməsi

2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Mədəniyyət Nazirliyi,

Elm və Təhsil Nazirliyi,

Azərbaycan Milli Elmlər Akademiyası,

yerli icra hakimiyyəti orqanları

aidiyyəti dövlət orqanlarını (qurumlarını) və qeyri-hökumət təşkilatlarını cəlb etməklə

4.

Azərbaycan Respublikasının şəhər və rayonlarında “Heydər Əliyev İli”nə həsr olunmuş müxtəlif müsabiqələrin, sərgi, festival və düşərgələrin, konsert və tamaşaların təşkili

2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Mədəniyyət Nazirliyi,

Elm və Təhsil Nazirliyi,

Gənclər və İdman Nazirliyi,

Diasporla İş üzrə Dövlət Komitəsi,

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,

yerli icra hakimiyyəti orqanları

aidiyyəti dövlət orqanlarını (qurumlarını) və qeyri-hökumət təşkilatlarını cəlb etməklə

5.

Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən “Heydər Əliyev İli” ilə bağlı tədbirlər keçirilməsi

2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Xarici İşlər Nazirliyi

6.

Azərbaycan diaspor təşkilatları, koordinasiya şuraları, Azərbaycan Evləri və həftəsonu məktəblərində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər keçirilməsi

2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Diasporla İş üzrə Dövlət Komitəsi

7.

Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlarda “Heydər Əliyev İli” ilə əlaqədar tədbirlərin təşkili

2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Xarici İşlər Nazirliyi,

Mədəniyyət Nazirliyi

8.

“Heydər Əliyev İli” çərçivəsində idman yarışlarının və beynəlxalq turnirlərin təşkili

2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Gənclər və İdman Nazirliyi

9.

“Heydər Əliyev İli” ilə əlaqədar ölkə ərazisində müvafiq poster və bannerlərin yerləşdirilməsi, rəqəmli bilbordlarda və monitorlarda videoçarxların nümayiş etdirilməsi

2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi,

Dövlət Reklam Agentliyi,

Heydər Əliyev Mərkəzi,

yerli icra hakimiyyəti orqanları

10.

Ulu Öndərin irsinə həsr olunmuş əsərlərin, kitabların və monoqrafiyaların nəşri

2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Elm və Təhsil Nazirliyi,

Mədəniyyət Nazirliyi,

Azərbaycan Milli Elmlər Akademiyası,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

11.

Ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü”nün təsis edilməsi

2023-cü il may–iyun

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Elm və Təhsil Nazirliyi,

Maliyyə Nazirliyi

12.

Təhsil müəssisələrində “Heydər Əliyev dərsləri”nin keçirilməsi

2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Elm və Təhsil Nazirliyi,

tabeliyində təhsil müəssisəsi olan aidiyyəti dövlət orqanları (qurumları)

13.

“Heydər Əliyev İli” çərçivəsində sosial dəstək tədbirlərinin və xeyriyyə aksiyalarının keçirilməsi

2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Səhiyyə Nazirliyi,

Maliyyə Nazirliyi

14.

Azərbaycan Respublikasının şəhər və rayonlarında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsi və abadlıq işlərinin aparılması

2023-cü il ərzində

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Ekologiya və Təbii Sərvətlər Nazirliyi,

mərkəzi və yerli icra hakimiyyəti orqanları

aidiyyəti dövlət orqanlarını (qurumlarını) və qeyri-hökumət təşkilatlarını cəlb etməklə

15.

Azərbaycan Respublikasının “Heydər Əliyev – 100” yubiley medalının təsis edilməsi

2023-cü il yanvar–may

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Azərbaycan Respublikasının Milli Məclisi (tövsiyə olunur)

16.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markalarının və xatirə nişanlarının buraxılması

2023-cü il mart–may

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi,

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

17.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələrin hazırlanması

2023-cü il fevral–may

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası,

Azərbaycan Mərkəzi Bankı (tövsiyə olunur)

18.

Heydər Əliyev Mükafatının təqdimat mərasiminin keçirilməsi

2023-cü il may

Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyası,

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası